İqlim dəyişikliyi və

kənd təsərrüfatının


Изменение климата и

сельскохозяйственное


CLIMATE CHANGE AND

AGRICULTURAL


22-23 May 2024, Bakı

Konfrans haqqında

İqlim dəyişikliyi və kənd təsərrüfatının proqnozlaşdırılması

Kənd təsərrüfatı fəaliyyəti iqlim və bazar amillərinin təsirlərinə qarşı yüksək dərəcədə həssas olması ilə əlaqədar kifayət qədər riskli və çətin proqnozlaşdırılan fəaliyyət sahəsidir. Aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi baxımından isə bu amillərin təsirlərinin düzgün şəkildə qiymətləndirilməsi və proqnozlaşdırılması, bununla da kənd təsərrüfatı fəaliyyəti ilə bağlı həm təsərrüfatlar səviyyəsində biznes qərarlarının, həm də sahə üzrə effektiv siyasət qərarlarının bu proqnozlar əsasında qəbul edilməlisi tələb olunur.

Müasir dövrdə müxtəlif amillərin kənd təsərrüfatına təsirlərinin proqnozlaşdırılması ilə bağlı çoxsaylı tədqiqatlar aparılır. Buraya iqlim (temperatur, yağıntı, rütubət və s.), qiymət, tələb/təklif və digər məlumatlar əsasında məhsuldarlıq, istehsal, satış, idxal/ixracla əlaqədar mikro proqnozların verilməsindən tutmuş, çoxsaylı mürəkkəb proseslərin modelləşdirilməsi əsasında makroiqtisadi proqnozların verilməsinə qədər ən müxtəlif tədqiqatlar daxildir. Xüsusilə də Avropa Birliyi ölkələrinin kənd təsərrüfatı sahəsi üzrə modelləşmə və proqnozlaşdırma ilə bağlı həyata keçirdikləri tədqiqatlar diqqətəlayiqdir. Bu ölkələrdə kənd təsərrüfatı ilə bağlı iqtisadi fəaliyyətlərin müxtəlif simulyasiya modelləri (AGMEMOD, CAPRİ, AgLink Cosimo və s.) vasitəsilə qiymətləndirilməsi sahəsində zəngin təcrübə toplanmışdır. Bu təcrübənin öyrənilməsi və nəzərdən keçirilən istiqamət üzrə aparılan tədqiqatların nəticələri əsasında kənd təsərrüfatı sahəsi ilə bağlı rasional qərarların qəbul edilməsi bütünlükdə dünya üçün ən mühüm problemlərdən biri kimi çıxış edən ərzaq təhlükəsizliyinin effektiv şəkildə təmin olunmasına öz töhfəsini verir.

Bu baxımdan müasir dövrdə ayrı-ayrı alimlər, tədqiqatçılar və sahə ilə əlaqəli digər ekspertlər və təşkilatlar tərəfindən kənd təsərrüfatı sahəsi üzrə proqnozlaşdırma ilə əlaqədar aparılmış tədqiqatlar, habelə bu tədqiqatların aparılması üçün istifadə olunan metodologiyalarla bağlı məlumat və təcrübələrin mübadiləsinə ehtiyac vardır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi bu təcrübələri bölüşmək üçün yerli və xarici tərəfdaşlarla birlikdə dünyanın müxtəlif ölkələrinin tədqiqatçı və ekspertlərini bir araya gətirmək məqsədilə “İqlim dəyişikliyi və kənd təsərrüfatının proqnozlaşdırılması” adlı beynəlxalq konfrans təşkil edir.

Konfransın keçirilməsində əsas məqsəd inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində tətbiq olunan modelləşdirmə və proqnozlaşdırma metodları ilə bağlı bilik və təcrübələrin digər dünya ölkələri ilə mübadiləsi, bu sahədə tədqiqat işlərinə və təhlil alətlərinə əlçatanlığın artırılması, eləcə də elmi-tədqiqat sahəsində beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformanın təşkil edilməslidir.

Konfrans çərçivəsində iştirakçıların Avropa Birliyi ölkələri tərəfindən kənd təsərrüfatı sahəsində tətbiq olunan modellər və proqnozlaşdırma metodları, həmçinin digər ölkələrdə aqrar sahənin modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində mövcud olan təcrübələr, konseptual yanaşmalarla bağlı məlumatlar və praktiki biliklər əldə etmələri üçün müzakirələr təşkil ediləcəkdir.

Konfrans 22-23 may 2024-cü il tarixində Bakı şəhərində hibrid (canlı və on-line) formada təşkil olunacaq.
Elmi Komitənin rəyi və konfrans iştirakçısının arzusu nəzərə alınaraq konfransda fiziki iştirak xərcləri Azərbaycan Hökuməti və Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin tərəfdaşları tərəfindən qarşılanacaq.

Konfransın aşağıdakı bölmələr üzrə təşkil olunması nəzərdə tutulur:

  1. Dövlət rəsmilərinin və beynəlxalq təşkilatların nümayəndələrinin mövzu ilə bağlı mesajları;
  2. İnkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan proqnozlaşdırma metodları və alətləri barədə təqdimatlar;
  3. İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də region ölkələrində bu sahədə mövcud vəziyyət, təcrübələr və təşəbbüslər;
  4. Tədqiqatçıların kənd təsərrüfatının proqnozlaşdırılması metodları və alətləri tətbiq olunmaqla apardıqları tədqiqat işlərinin nəticələrinə dair müzakirələr.
Mövzular
“İqlim dəyişikliyi və kənd təsərrüfatının proqnozlaşdırılması”

Elmi komitə

Elmi komitənin üzvləri

Guest Speaker
Dr. Stefano Vaccari
Dr. Stefano Vaccari İtaliya

Kənd Təsərrüfatı Tədqiqatları və İqtisadi Şurasının baş direktoru

Guest Speaker
Dr. Siemen van Berkum
Dr. Siemen van Berkum Hollandiya

Wageningen Universiteti (WUR)

Guest Speaker
Prof. Mario Njavro
Prof. Mario Njavro Zaqreb, Xorvatiya

Zaqreb Universiteti, kənd təsərrüfatı fakültəsi

Guest Speaker
Prof. Haluk Kasnakoğlu
Prof. Haluk Kasnakoğlu Türkiyə

Orta Doğu Texniki Universiteti, İqtisadiyyat Bölməsi

Guest Speaker
Dr. Çaba Pesti
Dr. Çaba Pesti Budapeşt, Macarıstan

Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutu, İnformasiya Sistemləri Direktoratlığının direktoru

Guest Speaker
Prof. Dr. Erol H. Çakmak
Prof. Dr. Erol H. Çakmak Türkiyə

Orta Doğu Texniki Universiteti, İqtisadiyyat Bölməsi

Guest Speaker
Prof. Həmzə Xəlilov
Həmzə Xəlilov Azərbaycan

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri, i.e.d., professor

Guest Speaker
Dr. Konstantin Q. Borodin
Dr. Konstantin Qriqoryeviç Borodin Rusiya

Ümumrusiya Aqrar Problemlər və İnformatika İnstitutu


Guest Speaker
Asst. Prof. Oleg Nivievskyi
Asst. Prof. Oleg Nivievskyi Ukrayna

Kiyev İqtisadiyyat Məktəbinin dekanı

Guest Speaker
Dr. Sang-Hyo Kim
Dr. Sang-Hyo Kim Koreya

Koreya Kənd İqtisadiyyatı İnstitutu (KREI)

Guest Speaker
Prof. Yədulla Həsənli
Yədulla Həsənli Azərbaycan

UNEC-in İqtisadi Tədqiqatlar İnstitutunun direktoru, i.e.d.

Guest Speaker
Prof. Rövşən Quliyev
Rövşən Quliyev Azərbaycan

UNEC, Biznesin idarə edilməsi kafedrasının professoru, i.e.d.

Guest Speaker
Prof. Rəsul Balayev
Rəsul Balayev Azərbaycan

UNEC, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru, i.e.d.

Guest Speaker
Dr. Ramil Hüseyn
Ramil Hüseyn Azərbaycan

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini, i.e.d.

Guest Speaker
Vaqif Rüstəmov
Vaqif Rüstəmov Azərbaycan

Yerli İqtisadi İnkişaf Mərkəzinin rəhbəri

Guest Speaker
Firdovsi Fikrətzadə
Firdovsi Fikrətzadə Azərbaycan

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, i.ü.f.d.

Guest Speaker
Prof. Vahid Abbasov
Vahid Abbasov Azərbaycan

BDU, İqtisadiyyat kafedrasının müdiri, i.e.d.

Guest Speaker
Namiq Şalbuzov
Namiq Şalbuzov Azərbaycan

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müavini, i.ü.f.d.

Guest Speaker
Dr. Rəşad Hüseynov
Rəşad Hüseynov Azərbaycan

Xəzər Universiteti, i.ü.f.d.

Guest Speaker
Dos. Anar Hətəmov
Anar Hətəmov Azərbaycan

ADAU, Aqrar sahənin iqtisadiyyatı kafedrasının dosenti, i.ü.f.d.

Mövzular

Konfransa kənd təsərrüfatı iqtisadiyyatı və ərzaq təhlükəsizliyi problemləri üzrə statistik, ekonometrik, machine learning və digər modelləşdirmə metodlarından istifadə edilməklə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin əks olunduğu məqalələr göndərilməlidir.

Tədqiqat işləri kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi məsələləri üzrə milli, regional və qlobal səviyyədə əhəmiyyət kəsb edən aşağıdakı mövzuları əhatə edə bilər:

  • Kənd təsərrüfatı sahəsində artımın proqnozlaşdırılması;
  • Kənd təsərrüfatı sahəsinin dayanıqlı inkişafına təsir edən amillərin qiymətləndirilməsi;
  • İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin qiymətləndirilməsi.
  • Kənd təsərrüfatı sahəsində dövlət tənzimləməsinin effektivliyinin qiymətləndirilməsi;
  • Kənd təsərrüfatı sahəsi ilə iqtisadiyyatın digər sahələri arasında qarşılıqlı təsirlərin qiymətləndirilməsi;
  • Kənd təsərrüfatı sahəsində investisiya qoyuluşlarının təsirlərinin proqnoz qiymətləndirilməsi;
  • Kənd təsərrüfatı sahəsi üzrə ticarət siyasətinin və qlobal dəyər zəncirinə inteqrasiyanın təsirlərinin qiymətləndirilməsi;
  • Kənd təsərrüfatında innovasiyaların tətbiqinin effektivliyinin qiymətləndirilməsi;

Məqalə göndər

Fayl seçildi. Davam.
Faylı seçin

 

Müəlliflərdən məqalə nəşri üçün ödəniş tələb olunmur.

Konfrans materialları 29.02.2024-cü il tarixinə qədər conference-baku-2023@atm.gov.az elektron ünvanına göndərilməlidir.

Məqalələr ekspert rəyindən sonra zəruri düzəlişlər və dəyişikliklər edilməsi üçün müəllifə qaytarıla bilər. Düzəliş və dəyişikliyə ehtiyac olmadığı təqdirdə məqalənin çapa qəbul olunması ilə bağlı müəllifə məlumat veriləcək.

Konfrans materiallarının nəşr olunacağı elmi əsərlər toplusu elektron formada konfransın veb-saytında yerləşdiriləcək.

Məqalə qəbulu üçün tələblər

Konfransa yalnız orjinal tədqiqat işləri göndərilməlidir. Təqdim olunan məqalələr, tezislər və məruzələr konfransın Elmi Komitəsi tərəfindən ekspert dəyərləndirmə (peer review) sistemi vasitəsi ilə qiymətləndiriləcək. Konfrans konseptinə və format tələblərinə uyğun olmayan işlər qəbul olunmayacaq.

Məqalələrin (tezislərin, məruzələrin) tərtibinə qoyulan tələblər:

  1. Məqalələr azərbaycan, ingilis və rus dillərində yazıla bilər;
  2. Məqalələr MS Office Word proqramında 12 ölçülü “Times New Roman” şrifti ilə hazırlanmalı, sətirlərarası interval 1,15, abzas ölçüsü 1 sm olmalı, A4 formatlı səhifə ölçüləri hər tərəfdən 2 sm olmalıdır;
  3. Səhifə sayı minimum 5, maksimum 12 olmalıdır;
  4. Səhifənin yuxarı sol küncündə bold şriftlə məqalənin UOT indeksi göstərilməlidir;
  5. UOT indeksindən sonra mərkəzdən bold şriftlə böyük hərflərlə məqalənin başlığı yazılmalıdır;
  6. Başlığın altından sağ küncdə müəllif(lər)in adı, ata adı və soyadı, elmi dərəcəsi, iş yeri, elektron poçt ünvanı yazılmalıdır;
  7. Məqalə azərbaycan və ya rus dilində yazılıbsa, minimum 150, maksimum 200 söz olmaqla ingilis dilində xülasəsi olmalıdır;
  8. Xülasənin altından minimum 3, maksimum 5 sözdən ibarət açar sözlər qeyd olunmalıdır;
  9. Tədqiqat məzmunu ehtiva edən ümumiləşdirilmiş başlıqlarla hissələrə bölünə bilər. Bu zaman hissə başlıqları təzə abzasdan yuxarıdan və aşağıdan bir sətir buraxılmaqla yazılmalıdır;
  10. Cədvəl, şəkil, qrafik və sxemlər ardıcıl nömrələnməklə adları yuxarıdan sağda bold şriftlə qeyd edilməlidir;
  11. Məqalədə istinadlar cümlənin sonunda düz mötərizədə ədəbiyyat siyahısındakı nömrəsinə uyğun nömrələnməli və ya mötərizədə müəllifin adı, istinad olunan əsərin nəşr ili göstərilməlidir;
  12. Məqalənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı məqalənin mətnində rast gəlinən ardıcıllıqla təqdim edilməlidir.

Bakı, Azərbaycan
və hibrid formada

T: (+994) 12 599 08 88

Həftə içi 9.00 — 18.00.

* Bütün xanaları doldurun